9 may 2013 02:46
Türkiyə Kubokunda finalın adı bəlli oldu, Cihan oynadı, Ufuk izlədi
Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ötən gecə baş tutan görüşlərdən sonra artıq finalçıların adları məlumdu.
Öncə “Trabzonspor” “Sivasspor”la üz-üzə gəlib. Qeyd edək ki, bu klubların ilk görüşündə sivaslılar 2:1 hesabıyla üstün olmuşdular. Amma bu qarşılaşmada meydan sahibləri 6 cavabsız qola seviniblər. Nəticədə, Trabzon klubu ilk finalçı olub. Bu görüşdə yığmamızın üzvü Cinah Özkara da çıxış edib. Lakin 70-ci dəqiqədə meydana çıxan futbolçumuz “Sivasspor”u darmadağından xilas edə bilməyib.
“Fenerbahce” isə “Eskisehirspor”la qarşılaşıb. İlk oyunda olduğu kimi, bu görüşdə də əsas vaxt 1:1 hesabıyla qurtarıb. Nəticədə əlavə vaxt oynanılıb. Amma yarım saat ərzində də qol vura bilməyən tərəflər qalibi penaltilərlə müəyyənləşdiriblər. 4:1 hesabıyla üstün olan “Fenerbahçe” finala adlayıb. Yığmamızın müdafiəçisi Ufuk Budak “Eskişehirspor”un iştirak ərizəsində yer almayıb.
Türkiyə Kuboku
Yarımfinal (cavab oyunları)
8 may
Trabzonspor – Sivasspor – 6:0 (ilk oyun 1:2)
Fenerbahce – Eskisehirspor – 1:1 (penaltilərlə 4:1) (ilk oyun 1:1)
