8 may 2013 15:15
Aleks Ferqyuson Manchester Unitedlə yollarını ayırır
İngiltərənin "Manchester United" klubunun baş məşqçisi Aleks Ferqyuson 26 ildən sonra baş məşqçi postundan gedəcəyini açıqlayıb. Azerisport.az xəbər verir ki, bu barədə çərşənbə günü klubun rəsmi saytı xəbər yayıb.
Məlumata görə, Ferqyusonun rəhbərliyi altında "Manchester United" son oyununu "West Bromvich"ə qarşı oynayacaq.
Qeyd edək ki, Ferqyusonun rəhbərliyi altında "Manchester United" 13 dəfə İngiltərə çempionu olub.
