8 may 2013 15:36
Rasim Ramaldanov: Bizim avrokuboklara yollanmaq şansımız demək olar ki, yoxdu
“Simurq”un kapitanı Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
- “Neftçi” ilə oyundan nə gözləyirsiz?
- “Neftçi” bizi öz meydanında qəbul edəcək. Ona görə də indidən gözləntilər haqda danışmaq çətindi. Onlara qarşı istənilən komanda çətinlik hiss edir. Öz oyunumuzu göstərməyə çalışacağıq. Müsbət nəticə əldə etməyə çalışacağıq.

- Baş məşqçi Georgi Çixradzenin 10 oyunluq cəzalanması komandaya nə dərəcədə mənfi təsir edir?
- Biz istəməzdik ki, ona belə bir cəza verilsin. Onun oyunlar zamanı yanımızda olması daha yaxşı olardı. Amma məşqlərdə lazım olan bütün tapşırıqları verir və bizə sadəcə meydanda onları yerinə yetirmək qalır.

- “Qəbələ” üzərində qələbə komandanızın ilk altılıqdakı birinci zəfəri oldu...
- Şadıq ki, “Qəbələ” ilə oyunda uğursuz seriyaya son qoymağı bacardıq. Amma qələbə heç də asanlıqla başa gəlmədi. Bizim sadəcə bəxtimiz gətirmirdi. Şükür Allaha ki, bu oyunda Nicat Qurbanovun dublu qələbə qazanmağımıza şərait yaratdı.

- Amma bu qələbəyə baxmayaraq, avrokuboklara vəsiqə qazanmaq şansınız çox azdı...
- “Neftçi”nin çempionluq şansının artdığını nəzərə alsaq, bizim avrokuboklara yollanmaq şansımız da azaldı. Amma ən azından dördüncü yeri qorumağa çalışacağıq.
- “Bakı”nın son turda “İnter”ə məğlubiyyəti bu yolda sizə müəyyən qədər kömək etdi...
- Əlbəttə, bu, gərginliyi müəyyən qədər aradan qaldırdı. Amma qarşıda üç tur var və fərq aradan qalxa bilər. Ona görə arxayınlaşmaq olmaz.