8 may 2013 16:40
Sumqayıtda futbol meydançası istifadəyə verildi (FOTOREPORTAJ)
Sumqayıt şəhərində, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq silsilə tədbirlər davam etməkdədir. Dünən Sumqayıtda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və "Azərikimya" İstehsalat Birliyinin dəstəyi ilə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbində süni örtüklü mini-futbol meydançası istifadəyə verilib. Açılış mərasimində "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elgin Həbibullayev, AFFA-nın Baş katibinin müavini Sərxan Hacıyev, "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev, Sumqayıtın veteran futbolçuları - Telman Salahov, Tofiq Rzayev, Nazim Süleymanov, ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov, Şimal Regional Futbol Federasiyasının rəhbəri Yaşar Şəmilov və başqaları çıxış edib. Yeni meydançada topa ilk zərbəni Muxtar Babayev vurub. Ardından qonaqlara şagirdlərin hazırladıqları ədəbi-bədii kompozitsiya təqdim olunub.
