8 may 2013 16:57
Syominin Bakıya nə vaxt gələcəyi bəlli oldu
“Qəbələ”nin baş məşqçisi vəzifəsinə əsas namizəd Yuri Syominin Bakıya nə vaxt gələcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssisin Azərbaycana sabah təşrif buyurması gözlənilir.
Səfərdə məqsəd klubun prezidenti Tale Heydərovla görüşməkdi. Görüşün cümə günü baş tutması gözlənilir. O, həmçinin sabah “Bakı”nın bazasında keçiriləcək “Bakı” - “Qəbələ” oyununu da izləyəcək.
Əgər danışıqlarda tərəflər tam razılığa gəlsələr, o zaman Y.Syominin “Qəbələ”yə təyinatı yaxın günlərdə rəsmiləşəcək.
