8 may 2013 17:10
Kamran Quliyev: Bernard Raabın gedəcəyi haqda kimə nə demişəm?
“Sumqayıt”ın prezidenti Kamran Quliyev komandanın baş məşqçisi Bernard Raabın gələn mövsüm istefaya göndəriləcəyinə dair xəbərləri şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Son günlər Bernard Raabla bağlı gəzən söz-söhbətlərin heç bir əsası yoxdu. Bunlar həqiqəti əks etdirmir. Mən kiməsə onun gedəcəyi haqda nəsə demişəm? Onda niyə mətbuatda onun yerinə hansısa namizədlər müzakirə olunur? Mən digər mütəxəssislərin komandamızı çalışdıracağına dair şayiələrə necə şərh verə bilərəm? Gəlin mövsümün sonunu gözləyək. Ondan sonra Raabın qalıb-qalmayacağı haqda danışmaq olar”.