8 may 2013 17:33
Arif İsayev: Denizlisporda məni riskə atmaq istəmirlər
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayev son dövrlər Türkiyənin “Denizlispor” klubunun əsas heyətində meydana çıxmamasının səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Şadam ki, son oyunlarda üçüncü qolumu vurdum. Start heyətdə oynamamağıma gəlincə, son dövrlər ayağımda ağrılar var və iynə ilə oynamalı oluram. Ona görə də məni riskə atmaq istəmirlər. “Denizlispor”da da bilirlər ki, qarşıda yığmamızın oyunları var və mən də milliyə dəvət olunmuşam. Mümkündü ki, mövsümün son oyununda – mayın 12-də keçiriləcək “Bucaspor”la oyunda meydana çıxa bildim”.