9 may 2013 19:03
Aleks Ferqyusonu Manchester United klubunda kimin əvəzləyəcəyi rəsmən açıqlandı
İngiltərənin “Manchester United” klubunun yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. Azerisport.az xəbər verir ki, Britaniya təmsilçisi rəsmi “facebook” səhifəsindən Aleks Ferqyusondan sonra komandanı David Moyesin çalışdıracağı ilə bağlı xəbər yayıb.
Belə ki, “Manchester United”in “facebook”dakı rəsmi səhifəsi “Yeni baş məşqçimiz David Moyesə xoşgəldin deyin” başlıqlı xəbər yayıb. Klubun rəsmi saytı isə bununla bağlı hələ heç bir informasiya yayımayıb. Əvəzində “Everton”un rəsmi internet saytı bununla bağlı xəbər yayıb.
Qeyd edək ki, 1998-2002-ci illərdə “Preston” klubunu çalışdıran David Moyes 11 ildi – 2002-ci ildən “Everton”a başçılıq edirdi.
