9 may 2013 19:56
“Bu, həm bizim üçün, həm də Azərbaycan futbolu üçün yaxşı haldı”
“Qəbələ”nin məşqçisi Luis Araqon Topaz Premyer Liqasının 30-cu turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bundan öncə keçirdiyimiz oyunlarda da qələbə layiq idik. Lakin qalib gələ bilmirdik. Oyunun əvvəlindən sona kimi komandam yaxşı oynadı, daha çox qol vura bilərdik. Oyun öncəsi müdafiə xəttində müəyyən çətinliyimiz var idi. Bu gün heyətdə 21 yaş altı 4 futbolçumuz var idi. Bu, həm bizim üçün, həm də Azərbaycan futbolu üçün yaxşı haldı. Qazanılan qələbəyə görə azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm”.
