9 may 2013 20:18
Bojidar Bandoviç: Futbolçu olsaydım, bu oyunla fəxr etməzdim
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 30-cu turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox pis oynadıq, komanda oyunu yox idi. Futbolçular daha çox fərdi oyuna üstünlük verdilər. Rəqib qələbəyə layiq idi. Buna qədər 7 oyunda məğlub olmuşduq, hamısında da mübarizə aparıb uduzmuşduq. Lakin bu gün belə olmadı. Mən oyunçu olsaydım, bugünkü oyunumuzla fəxr etməzdim”.
