9 may 2013 22:17
Qurban Qurbanov: Ədalətli nəticə oldu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 30-cu turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İnter”lə oyunlarımız həmişə çətin və maraqlı keçir. Hər oyunda rəqib komandanın baş məşqçisi fərqli taktiki gedişlər edir və biz buna hazır oluruq. İlk hissədə mərkəzdə müəyyən boşluqlarımız var idi. Lakin əvəzetmələrlə bunu aradan qaldırdıq. İkinci hissədə daha yaxşı oynasaq da, qol vura bilmədik. Fikrimcə, ədalətli nəticə oldu. “Neftçi” ilə son oyundan sonra komandanı hazırlamaq çətin idi”.
