9 may 2013 23:15
İqor Getman: Bizə nəticə qazanmaq lazım idi
“Simurq”un məşqçisi İqor Getman Topaz Premyer Liqasının 30-cu turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Avroliqada iştirak etmək üçün komandamıza nəticə qazanmaq lazım idi. Komanda sona kimi mübarizə apardı, futbolçularımıza təşəkkürümü bildirirəm.”Neftçi” ilə oyunlar həmişə çətin olur, qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.
