9 may 2013 23:22
Böyükağa Hacıyev: Bu gün çempion olmaq qismətimizdə yox imiş
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 30-cu turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün çempion olmaq qismətimizdə yox imiş. Buraxdığımız qolda rəqibin topa zərbəsi komanda yoldaşına dəyərək istiqamətini dəyişdi və qapıya daxil oldu. Qarşıda “Qəbələ” və “Bakı” ilə oyunlarımız var. Çempion olmaq üçün 1 xal qazanmalıyıq. Yarımmüdafiə xəttində müəyyən çətinliklərimiz var idi. Nikolas Kanalesin bu gün olmaması da oyunumuza təsir etdi”.
