9 may 2013 11:18

Mahir Şükürov: Neftçi hələ avrokubokları yox, qızıl dubl etməyi düşünür

“Neftçi”nin müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsi
 
- 30-cu turun yekunlarına görə “Neftçi” çempion ola blər. “İnter” – “Qarabağ” matçını diqqət mərkəzində saxlayacaqsız?
- Xeyr, biz bu oyun haqda düşünməyəcəyik. Çünki onlar bizdən tez oynayacaqlar. Yəni meydana çıxanda artıq nəticəni biləcəyik.

- Son üç oyunda qələbə qazanmaq “Neftçi” üçün nə dərəcədə prinsipialdı? Yoxsa sadəcə çempionluğu rəsmiləşdirməklə kifayətlənəcəksiz?
- Mövsümü uğurla başa vurmaq üçün bizə bu mövsümün son dörd oyununun hamısında yaxşı çıxış etmək lazımdı. Həm üç çempionat görüşündə, həm də kubokun finalında qələbə qazanmaq istəyirik. Hazırda isə bizim üçün ən vacib oyun “Simurq”la görüşdü. Bu oyuna da “Qarabağ”la görüşə hazırlaşdığımız kimi hazırlaşmışıq. Bi rəqibləri ayırmırıq.
 
- “Neftçi” artıq avrokuboklara vəsiqəni təmin edib. Komanda başa düşür ki, bu il azarkeşlər onlardan yenə ən azı Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağı gözləyəcək?
- Bilirik ki, tələbat böyükdü. Biz özümüz də azarkeşləri yenidən sevindirməyi çox istəyirik. Amma bu haqda danışmaq hələ tezdi. Bizə indi çempionatı, kuboku qazanmaq haqda düşünmək lazımdı.

- Ötən mövsüm qızıl dubl edə bilməmişdiniz. Bu il necə olacaq?
- Kubokun finalı tam ayrı oyundu. “Xəzər Lənkəran” “Neftçi” üçün prinsipial rəqibdi. Buna görə kuboku qazanmaq bizim üçün ikiqat vacibdi. Azarkeşlər nə dediyimi daha yaxşı başa düşərlər.
 
- Yığmamızı mayın sonunda Qətərlə yoldaşlıq oyunu və təlim-məşq toplanışı gözləyir. Həmin toplanışdan nə gözləyirsiz?
- Mən həmin toplanışda iştirak etməyəcəm. Çünki “Neftçi”nin həmin vaxt kubokda final matçı olacaq. Amma mənə elə gəlir ki, bu oyun Lüksemburqla qarşılaşmaya daha yaxşı hazırlaşmaq baxımından komandamıza lazımdı.

- Qətər güclüdü, yoxsa Lüksemburq?
- Qətər. Amma bizə daha çox Lüksemburqa qalib gəlmək lazımdı. Birincisi, bu, rəsmi oyundu. İkincisi, yalnız qələbə qazanacağımız halda futbolçularımız bu yay normal istirahət edə bilərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.