10 may 2013 00:12
Neftçinin dəyərləndirmədiyi hədiyyə
Topaz Premyer Liqasında 30-cu tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə üç qarşılaşma baş tutdu və ikinci “altılıq” komandaları meydana çıxdılar.
Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Kəpəz” ötən tur gözlənilmədən “Sumqayıt”a yenilən “Rəvan”ı qəbul etdi. Artıq Premyer Liqanı tərk edən Gəncə klubu son oyunlarda xal qazanmaqla özünü göstərməyə çalışırsa, “Rəvan” “Sumqayıt” məğlubiyyətinin təsadüf olduğunu sübut etməli idi. Lakin final mərhələsinin bundan əvvəlki 7 oyununda 5-də qələbə qazanan Bakı klubu ardıcıl ikinci məğlubiyyətinə üzüldü. Hesabı Bujamin Asani açdı. Matçın son dəqiqələrində Vladislav Serebryakov dubl edərək, hesabı 3:0-a çatdırdı. “Rəvan”ın gücü yalnız əlavə vaxtda Vüsal Qarayevlə təsəlli qoluna imza atmağa çatdı.
Eyni saatda AZAL da “Sumqayıt”ı qəbul etdi. “Təyyarəçilər” artıq 7-ci pilləni özü üçün təmin etdiyindən görüşə arxayın çıxmışdı. Buna baxmayaraq, Vaqif Sadıqovun komandasının ötən həftə “Rəvan” üzərində 4:1 hesablı qələbə qazanan rəqiblə matça da 3 xal üçün çıxacağı sirr deyildi. Bu oyunun taleyini isə bir qol həll etdi. Qarşılaşmanın 70-ci dəqiqəsində “Sumqayıt”ın qapısına yol tapan Franko Nildo komandasına qələbə qazandırdı. O, həm də vurduğu qolların sayını 19-a çatdırdı iki bombardirlər yarışında ikinci pillədəki mövqeyini möhkəmləndirdi.
İlk günə Lənkəranda yekun vuruldu. Burda yerli “Xəzər Lənkəran” “Turan”ı qəbul etdi. AFFA-dan lisenziya ala bilməyən Tovuz klubunun “Fırtınalar meydanı”nda xal qazanacağı inandırıcı deyildi. Con Toşakın yetirmələrinin doğma meydanda qələbə qazanaraq, azarkeşləri sevindirəcəyi gözlənilən idi və matçın nəticəsi proqnozları doğrultdu. Toşak gəldikdən sonra daha çox bir qol vurub, hesabı qorumağa üstünlük verən lənkəranlılar bu dəfə də ənənəyə sadiq qaldı. “Xəzər Lənkəran” 3 xalı Kazım Kazımlının 43-cü dəqiqədə vurduğu yeganə qola qazandı. “Turan” isə Birinci Diviziona bir qədər də yaxınlaşmış oldu.
İkinci oyun günündə ilk altılıq klubları mübarizəyə qoşuldular. Öncə “Bakı” “Qəbələ”ni qəbul etdi. Bu oyunun da taleyini bir qol həll etdi. Lourival Assis Dodonun ötürməsindən sonra rəqib qapısına yol taparaq, 3 xalı komandasına qazandırdı. Bununla da “Qəbələ”nin qələbə həsrətinə son qoyuldu. “Bakı” isə dördüncü pilləyə yüksəlmək şanslarının üstündən xətt çəkmiş oldu.
Günün digər iki oyunu çempionluğun taleyi baxımından önəmli idi. Belə ki, “İnter” – “Qarabağ” və “Neftçi” – “Simurq” matçının nəticəsindən aslı olaraq, lider növbəti çempionluğunu elan edə bilərdi. “Qarabağ” “İnter”ə məğlub olacağı halda, “Neftçi” “Simurq”dan hətta bir xal almaqla da çempion olacaqdı. “Qarabağ” meydandan bir xala ayrılacağı halda isə “Neftçi” “Simurq”u məğlub edərək, ardıcıl üçüncü çempionluğunu elan edəcəkdi
“İnter” – “Qarabağ” oyununda məhz “Neftçi”nin istədiyi nəticə qeydə alındı. Belə ki, komandalar 90 dəqiqə ərzində fərqlənə bilmədilər və matç 0:0 hesabı ilə başa çatdı. Lakin “Neftçi” özü bu şansdan yararlana bilmədi. Belə ki, “ağ-qaralar” “Simurq”la qarşılaşmadan 1:1 hesablı bərabərliklə ayrıldı. Beləliklə, “Neftçi” 6 xallıq fərqi qoruyaraq, çempionluğun rəsmiləşməsini gələn tura saxladı.
Topaz Premyer Liqası
30-cu tur
KƏPƏZ – RƏVAN - 3:1 (1:0)
Qollar: Bujamin Asani, 41 (1:0), Vladislav Serebryakov, 82 (2:0), Vladislav Serebryakov, 89 (3:0), Vüsal Qarayev, 90+3 (3:1).
Sarı vərəqələr: Georgi Sepiaşvili, 31 (qeyri-idman hərəkəti); Fərid Quliyev, 48 (qeyri-idman hərəkəti); Vladislav Serebryakov, 84 (qeyri-idman hərəkəti) - Xuan Manuel Varea, 27 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, İlham Əliyev, Mübariz Haşımov, Namiq Bəkirov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
8 may 2013. Bakı. “Dalğa Arena”. 50 tamaşaçı.
KƏPƏZ: 22. Tural Abbaszadə, 4. Məhərrəm Müslümzadə, 7. Pərvin Paşayev (27. Kamran Babayev, 90+1), 8. Elvin Həsənəliyev, 9. Alan Soltanov, 11. Fərid Quliyev (30. Vladislav Serebryakov, 68), 14. Elxan Əzizov (6. Məhərrəm Hüseynov, 76), 15. Şahin Kərimov (k), 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 88. Asani Bujamin.
Ehtiyat oyunçular: 1. Ramil Kərimov, 2. Cəmşid Məhərrəmov, 10. Zaur Əsədov, 20. Emin Əliyev.
Baş məşqçi: Mahmud Qurbanov.
RƏVAN: 12. Sadiq Ramazanov, 4. Nodar Məmmədov, 8. Tural Axundov (k), 9. Vüsal Qarayev, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 15. Tural Cəlilov (7. Ramil Həşimzadə, 62), 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 22. Tofiq Mikayılov, 28. Emin Mustafayev (6. Anar Həsənov, 86).
Ehtiyat oyunçular: 1. Lukaş Sapela, 3. Cəmil Rəhimli, 11. Əli Əliyev, 25. Ayaz Mehdiyev.
Baş məşqçi: Ramil Əliyev.
AZAL – SUMQAYIT - 1:0 (0:0)
Qol: Franko Nildo, 70 (1:0)
Sarı vərəqələr: Vladimir Boqdanoviç, 81 (qeyri-idman hərəkəti) - Slavik Alxasov, 76 (hakimin qərarına etiraz).
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Knyaz Əmiraslanov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
8 may 2013. Bakı. “AZAL Arena”. 200 tamaşaçı.
AZAL: 27. Ruslan Məcidov, 4. Xose Junior Aylton, 2. Xuan Fransisko, 23. Tural Nərimanov, 20. Branislav Arsenyeviç, 15. Oskar Klava, 6. Taqim Novruzov, 11. Zohair Benuahi (19. Orxan Səfiyaroğlu, 61), 17. Viktor İqbekoyi (k) (32. Vladimir Boqdanoviç, 67), 22. Ruslan Tağızadə (14. Habil Nurəhmədov, 90), 16. Franko Nildo.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 24. Ruslan Zubkov, 9. Elşən Məmmədov, 37. Andrius Veliçka.
Baş məşqçi: Vaqif Sadıqov.
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 6. Taner Taktak, 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov (3. Aftandil Hacıyev, 90+1), 22. Xəyal Mustafayev (50. Ruslan Nəsirli, 80), 77. Mirzəağa Hüseynpur (11. Sabir Allahquliyev, 60), 86. Can Akgün, 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Aqşin Muxtaroğlu, 17. Emin Cəfərquliyev, 70. Şamil Camaləddinov.
Baş məşqçi: Bernhard Raab.
XƏZƏR LƏNKƏRAN – TURAN - 1:0 (1:0)
Qol: Kazım Kazımlı, 44 (1:0).
Sarı vərəqələr: Marin Orsuliç, 32 (qeyri-idman hərəkəti); Gökhan Güleç, 78 (simulyasiya); Toni Doblas, 86 (oyunun bərpasını gecikdirdiyi üçün) - Asəf Qədiri, 39 (qeyri-idman hərəkəti); Aleksandr Krutskeviç, 89 (qeyri-idman hərəkəti); Dmitri Pospelov, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Coşqun Həsənov, Cavanşir Yusifov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
8 may 2013. Lənkəran şəhər stadionu. 3500 tamaşaçı.
XƏZƏR LƏNKƏRAN: 30. Toni Doblas, 8. Eder Bonfim, 9. Uğur Pamuk (11. Dmitrios Sialmas, 46) (14. Rahid Əmirquliyev, 71), 10. Elnur Abdullayev, 17. Kazım Kazımlı, 21. Radomir Todorov (k), 24. Gökhan Güleç, 27. Adrian Skarlatake, 35. Lusiano Olguin (55. Ağabala Ramazanov, 25), 42. Kamran Abdullazadə, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 22. Mirqasım Cabbarlı, 72. Elvin Mirzəyev.
Baş məşqçi: Con Toşak.
TURAN: 1. Kamal Bayramov (k), 4. Vüqar Bəybalayev (2. Dmitri Pospelov, 62), 7. Azər Məmmədov, 10. Ender Günlü, 13. Nikolas Maysuradze, 17. Fərmayıl Əliyev, 19. Asəf Qədiri (9. Murad Ağakişiyev, 79), 20. David Janalidze, 21. Elşad Manafov, 25. Antonio Rukavina (11. Salif Ballo, 46), 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 3. Anatoli Stukalov, 16. Əbülfət Abbasov, 23. İrakli Beraya.
Baş məşqçi: Əfqan Talıbov.
BAKI – QƏBƏLƏ - 0:1 (0:0)
Qol: Rodriqes Assis, 65 (0:1).
Sarı vərəqələr: Əziz Quliyev, 51 (rəqibə badalaq vurduğuna görə) - Dodo, 9 (simulyasiya); Kamal Mirzəyev, 31 (rəqibi tutduğuan görə); Kosta Silva, 89 (oyunun bərpasını gecikdirdiyi üçün); Yannik Kamanan, 90+1 (oyunun bərpasını gecikdirdiyi üçün).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
9 may 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
BAKI: 1. Kamran Ağayev, 2. Edemir Rodriqes, 3. Denis İvanov, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev, 10. Lukas Mario Horvat, 88. Cavid Hüseynov, 11. Elvin Məmmədov (k) (17. Mario Rubio, 78), 28. Ferdi Elmas (8. Junior Vilson, 23), 23. Rauf Əliyev, 24. Marius Pena (77. Aleksandr Soliç, 60).
Ehtiyat oyunçular: 82. Edin Nuredinoski, 5. Aqil Nəbiyev, 99. Rəhman Hacıyev, 18. Mahir Mədətov.
Baş məşqçi: Bojidar Bandoviç.
QƏBƏLƏ: 25. Dieqo Kosta, 6. Nikola Valentiç, 10. Dodo (5. Luka Zinko, 90), 14. Mustafa Dabo (11. Yannik Kamanan, 69), 15. Omar Kalaban, 21. Elmar Baxşiyev (k), 22. Rodriqes Assis (23. Şəhriyar Xəlilov, 87), 34. Ürfan Abbasov, 35. Tərzin Cahangirov, 37. Kamal Mirzəyev, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 8. Kristian Pulhak, 26. Daniel Lopes Kruz, 99. Amil Yunanov.
Məşqçi: Luis Antoni Araqon.
İNTER – QARABAĞ - 0:0 (0:0)
Sarı vərəqələr: Ruslan Əmircanov, 38 (qeyri-idman hərəkəti); Valeri Abramidze, 45 (qeyri-idman hərəkəti); İbrahima Niasse, 52 (qeyri-idman hərəkəti) - Bədavi Hüseynov, 58 (qeyri-idman hərəkəti); Maksim Medvedev, 79 (sistematik qayda pozuntusuna görə).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
9 may 2013. Bakı. “Şəfa” stadionu. 1000 tamaşaçı.
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevki, 7. Ruslan Əmircanov, 15. Vladimir Levin (k), 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse (9. Daniel Genov, 73), 28. Baçana Sxadadze, 30. Yuri Fomenko (6. Samir Zərgərov, 84), 87. İlqar Ələkbərov, 91. Leonardo Roşa (11. Asif Məmmədov, 46).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 14. Petar Zlatinov, 29. Cəmil Hacıyev, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara (11. Branimir Subaşiç, 71), 17. Vüqar Nadirov (18. İlqar Qurbanov, 87), 20. Riçard Almeyda, 21. Reynaldo Silva, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 88. Kristian Torres (7. Namiq Yusifov, 41).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 24. Admir Teli, 70. Vaqif Cavadov.
Baş məşqçi: Qurban Qurbanov.
NEFTÇİ – SİMURQ - 1:1 (1:1)
Qollar: R.Eyyubov, 14 (0:1), Julius Vobay, 28 (1:1)
Sarı vərəqələr: Mahir Şükürov, 25 (qeyri-idman hərəkəti); Bahodir Nasimov, 48 (simulyasiya); Denis Silva, 54 (rəqibini tutduğuna görə); Flavinyo, 72 (qeyri-idman hərəkəti) - Anderson Oliveyra, 2 (qeyri-idman hərəkəti); David Petrkeviç, 85 (oyunun bərpasını gecikdirdiyi üçün); Mario Bojiç, 90+2 (qeyri-idman hərəkəti); Aleksandr Şemonayev, 90+3 (oyununu bərpasını gecikdirdiyi üçün).
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Rza Məmmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
9 may 2013. Bakı. “Bakcell Arena”. 2000 tamaşaçı.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 4. Tərlan Quliyev (25. Cavid İmamverdiyev, 72), 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay (16. Bruno Bertuççi, 70), 14. Bahodir Nasimov, 15. Erik Fabian Ramos, 17. Araz Abdullayev, 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Xose Luis Kabion, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
SİMURQ: 22. David Petrkeviç, 3. Rasim Ramaldanov (k) (14. Asif Mirili, 84), 4. Dilaver Zrnanoviç, 6. Anderson Oliveyra, 7. Ruslan Poladov, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak (21. Murad Səttarlı, 69), 20. Rəşad Eyyubov (12. Tomislav Buşiç, 80), 25. Mario Bojiç, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 9. Marçin Burxard, 17. Rüstəm Məmmədov, 27. Bəxtiyar Soltanov.
Məşqçi: İqor Getman.
| 1 | Neftçi | 30 | 19 | 4 | 7 | 58 | 30 | +28 | 61 |
| 2 | Qarabağ | 30 | 15 | 10 | 5 | 40 | 25 | +15 | 55 |
| 3 | İnter | 30 | 15 | 9 | 6 | 37 | 21 | +16 | 54 |
| 4 | Simurq | 30 | 11 | 11 | 8 | 31 | 26 | +5 | 44 |
| 5 | Bakı | 30 | 8 | 14 | 8 | 31 | 24 | +7 | 38 |
| 6 | Qəbələ | 30 | 10 | 7 | 13 | 31 | 38 | –7 | 37 |
| 1 | AZAL | 30 | 14 | 9 | 7 | 48 | 29 | +19 | 51 |
| 2 | XL | 30 | 10 | 10 | 10 | 39 | 34 | +5 | 40 |
| 3 | Rəvan | 30 | 11 | 4 | 15 | 41 | 48 | –7 | 37 |
| 4 | Sumqayıt | 30 | 8 | 8 | 14 | 29 | 47 | –18 | 32 |
| 5 | Turan | 30 | 7 | 6 | 17 | 29 | 53 | –24 | 27 |
| 6 | Kəpəz | 30 | 4 | 4 | 22 | 18 | 57 | –39 | 16 |
Bombardirlər:
26 - Nikolas Kanales (Neftçi)
19 - Franko Nildo (AZAL)
14 - Xuan Manuel Varea (Rəvan)
13 - Riçard Almeyda (Qarabağ)
10 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Yuri Fomenko (İnter), Baçana Sxadadze (İnter).
