9 may 2013 12:15
Syomin artıq Bakıdadı
“Qəbələ”nin baş məşqçisi vəzifəsinə əsas namizəd Yuri Syomin Bakıya gəlib. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis Azərbaycana bu gün təşrif buyurub.
Qeyd edək ki, onun səfərində məqsəd “Qəbələ”nin prezidenti Tale Heydərovla görüşməkdi. Görüşün cümə günü baş tutması gözlənilir.
Bu gün isə o, “Bakı”nın bazasında keçiriləcək “Bakı” - “Qəbələ” oyununu izləyəcək. Syominin həmçinin “İnter” – “Qarabağ” görüşünü də canlı izləməsi gözlənilir.
Sabah isə Syomin Qəbələyə yola düşəcək. O, klubun infrastrukturu ilə yaxından tanış olduqdan sonra klub prezidenti ilə yekun danışıqlar üçün stol arxasına keçəcək. Əgər danışıqlarda tərəflər tam razılığa gəlsələr, o zaman Y.Syominin “Qəbələ”yə təyinatı yaxın günlərdə rəsmiləşəcək.
