9 may 2013 13:32
Qarabağ İnteri məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 30-cu turunun “İnter” – “Qarabağ” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
“Qarabağ”ın qalib gələcəyini respondentlərin tən yarısı proqnozlaşdırıb. 50 faiz (206 səs) məhz Ağdam klubunun qələbəsinə inanır.
“İnter”in qalib gələcəyinə isə 27 faiz (114 səs) güvənir. Heç-heçə olacağına isə daha az səs verilib.
