9 may 2013 13:55
Yığmamız qələbə ilə başladı
Qazaxıstanın paytaxtı Astanada 17 yaşadək futbolçular arasında keçirilən «Prezident kuboku»na start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi bu gün ilk oyununu keçirib.
Yığmamızın rəqibi Gürcüstan millisi olub. Nikolay Adamın rəhbərlik etdiyi komandamız 2:1 hesablı qələbəyə sevinib. Yığmamızın qollarını Şahban Cəbrayılov və Roman Hüseynov vurub.
Qeyd edək ki, millimiz Gürcüstan, İran və Braziliyanın “Botafogo” klubu ilə birlikdə A qrupunda yer alıb.
