9 may 2013 14:17
“Rəvan mən oynamadığıma görə uduzdu”
“Rəvan”ın yarımmüdafiəçisi Mindauqas Kalonas Topaz Premyer Liqasının 30-cu turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandasının 1:3 hesablı yenilgisi ilə bağlı bunları söyləyib:
“Niyə uduzduq? Ona görə ki, mən oynamırdım (gülür). Kiçik zədəm var idi. Bu üzdən son oyunu buraxmalı oldum. Bir sıra aparıcı oyunçular da heyətdən kənarda qalmışdılar. Növbəti turda yenidən oynamağa və qol vurmağa çalışacağam. Artıq iki turdu qol vura bilmirəm”.