9 may 2013 14:54
Dadaşovsuz Kaiserslauterndən məğlubiyyət
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Azerispor.az xəbər verir ki, milli komandalarımızın üzvlərinin çıxış etdiyi futbolçuların klubları da oynayıb.
21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fatih Şanlının çıxış etdiyi “Bergisch Gladbach” “Kray”ın qonağı olub. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Fatih 73-cü dəqiqədə meydana çıxaraq, son 17 dəqiqədə oynayıb. Onun meydana çıxmasından sonra komandası bir qol vurub.
Əsas millimizin üzvü Rüfət Dadaşovla U-21-ə çağırılan Timur Temeltaşın forma geyindiyi “Kaiserslautern”in ikinci komandası “Hoffenhayım II”nin qonağı olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki futbolçumuz ehtiyatda qalıb.
