9 may 2013 15:59

“Azarkeşlərə əvvəlki Bahodir Nasimovu xatırlatmağa çalışacağam”

“Əgər baş məşqçi şans versə, “Simurq”la oyuna start heyətində çıxmağa hazıram. Ağır zədə səbəbindən azarkeşlər bu mövsüm ötən ilki Bahodiri görmədilər. Zədəm artıq tam sağalıb. “Simurq”a qarşı start heyətində meydana çıxsam çalışacağam ki, onlara əvvəlki Nasimovu xatırladım”. Azerisport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin hücumçusu Bahodir Nasimov deyib.
 
Özbəkistanlı futbolçu Topaz Premyer Liqasının 30-cu turunun “Simurq”la oyunundan əvvəl fikirlərini klubun rəsmi saytına bölüşüb: “Nikolas Kanalesin nəyə qadir olduğu göz önündədir. Onun Premyer Liqada vurduğu 26 qol Kanalesin necə hücumçu olması ilə bağlı suala ən gözəl cavabdır. Lakin, Kanales cəzalı olduğu üçün “Simurq”a qarşı oynaya bilməyəcək. Onun yoxluğunda baş məşqçi mənə şans versə, üzərimə çətin məsuliyyət düşəcəyini anlayıram. Amma, ötən iki il ərzində Bahodir Nasimov “Neftçi”nin çempionluğu uğrunda nə etmişdisə, “Simurq”la oyunda da bunu təkrarlamaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, azarkeşlərimizin də dəstəyi ilə “Neftçi” ardıcıl üçüncü çempionluğu qazanmaq üçün “Simurq” əngəlini də aşacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.