9 may 2013 16:18

“Nə vaxt Nikolas Kanales kimi futbolçularımız olar, əcnəbi məşqini o vaxt çağırarıq”

Veteran futbolçu Vidadi Rzayevin azerisport.az saytına müsahibəsi
 
- “Qəbələ”nin Yuri Syomini sükanı arxasına gətirmək istəyini necə qiymətləndirirsiz?
- Syomin təcrübəli mütəxəssisdi. Çoxlu klublarda çalışıb. Amma bu, o demək deyil ki, Syomin komandanı dərhal mükafatçılar sırasına salacaq. Azərbaycanda Toni Adams, Vinfred Şefer kimi mütəxəssislərin karyerası alınmadı. Çünki bizim çempionat əcnəbilər üçün heç də asan məkan sayılmır.
 
- Premyer Liqanı izləyirsiz?
- “Neftçi” artıq çempionluğa yaxınlaşıb. Böyükağa Hacıyevin buna layiq olduğunu demək olar. Onlar “Qarabağ” və “İnter”dən güclüdülər. Əgər “Neftçi” onları məğlub edirsə, niyə çempion olmamalıdı? Hacıyev bu komandada böyük işlər görür. Tərlan Əhmədovla Kamal Quliyev da klub naminə çox şeylər edir. Bu gün “Neftçi” güclüdü. Amma indiki çempionluq o qədər də xoş olmayacaq.
 
- Niyə?
- Hamı komandadan əvvəlki uğurların təkrarlanmasını tələb edəcək. Mən onlara Çempionlar Liqasının qrup mərhələsinə düşməyi arzulayıram. Amma minimum ötən mövsümkü uğurlarını təkrarlamaları lazımdı. “Qarabağ”la “İnter” də heyətini gücləndirməlidi. Çünki heyətlərində vuran ayaq yoxdu. Bütün azarkeşlər Nikolas Kanalesdən danışır. Bəs hanı bizim Əfran İsmayılov, Vaqif Cavadov?
 
- Con Toşakın “Xəzər Lənkəran”dakı fəaliyyəti barədə nə deyərdiniz?
- Hər şey Toşakdan asılıdı. O, komandanı gücləndirməlidi. Cənublular bu büdcə ilə daha yaxşı oynamalıdılar. Əgər “Neftçi” çempion olsa, “Xəzər Lənkəran” da avrokuboklara yollanacaq. Onlar da Avropada layiqli çıxış etməyə çalışmalıdılar. Əks halda Toşaka cənublu azarkeşlərin rəğbətini qazanmaq çətin olacaq.
 
- “Kəpəz”in artıq Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Güman ki, digər bəxtsiz də “Turan” olacaq...
- Mən bu komandaları belə vəziyyətdə görməyimə görə çox təəssüflənirəm. Gəncə və Tovuzdan olan gənclər futbolla çox maraqlanırlar. Onlar futbolu öyrənmək, yaxşı komandalarda oynamaq istəyirlər. Amma heç kim “Turan”la “Kəpəz”ə kömək etmək istəmir. Mənə elə gəlir ki, Berti Foqtsla müqavilə bağlamaqdansa, onlara kömək etmək daha yaxşı olardı.
 
- Foqtsun yığmamızdan getməsinin tərəfdarısız?
- Biz üç mövsümdü ona güvənirik. Daha bəsdi. Əgər bu qədər vaxtı heç nəyə nail ola bilməyibsə, deməli, yolları ayırmaq lazımdı. Güclü komandalara qarşı heç nə edə bilmirik. Elə isə, hanı uğur? Əgər çempionatımızda öz Kanalesimiz yoxdusa, əcnəbi mütəxəssisə də ehtiyac yoxdu. Nə vaxt elə futbolçularımız olar, onda dəvət edərik. Foqts isə yığmaya lazım deyil. Təbii ki, bu, mənim fikrimdi. Qərar isə AFFA rəhbərliyinə aiddi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.