9 may 2013 17:19
Azərbaycan klubu UEFA Kubokunda İtaliya, Şimali İrlandiya və Macarıstan klublarına rəqib oldu
Ölkəmizi yayda Regionlar Kubokunun final mərhələsində təmsil edəcək “Qaraçala”nın rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, İtaliyanın Abano-Terme şəhərciyində turnirin püşkatma mərasimi keçirilib.
Püşk “Qaraçala”nı A qrupuna salıb. Salyan klubu bu qrupda meydan sahibi İtaliyanın “Veneto”, Şimali İrlandiyanın “İstern Recion” (Şərqi Region) və Macarıstanın “Keleti Reqio” (Şərqi Region) komandaları ilə mübarizə aparacaq.
B qrupunda isə Belarusun “FK İsloç”, İspaniyanın “Seleksion Katalana” (Kataloniya seçməsi), Rusiyanın “Olimp Moskva” və Bolqarıstanın “Yuqoiztoçen Region” (Cənub-Şərqi Region) komandaları yer alıb.
