10 may 2013 18:55

Tahir Süleymanov: Anar Bəkirovun açıqlamalarına təəccübləndim

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqasının 30-cu turunun “Simurq”la oyunundan (1:1) sonra qarşı tərəfin səsləndirdiyi narazılıqlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Zaqatala klubunun prezidenti Anar Bəkirovun açıqlamalarından təəccübləndim. O, hesab edir ki, baş hakim Rauf Cabbarov bizim lehimizə qərarlar qəbul edib. “Simurq” yaxşı komandadı. Onlar layiqli olaraq ilk altılıqda yer alıblar. Amma yaxşı olardı ki, Bəkirov “İnter”ə 0:5 hesabıyla uduzduqları oyundan sonra da narazılığını dilə gətirərdi. Bizim də bu oyunda narazı qaldığımız epizodlar oldu. Məsələn, “Simurq”un futbolçusu Rəşad Sadiqovun ayağına zərbə endirəndə hakim heç oyunu saxlamadı. Raufun atası Gülağa Cabbarov bütün oyunlara hakim-inspektor təyin edir və onlar hakimliyi qiymətləndirirlər. 1:1 “Simurq” üçün çox yaxşı nəticədi. Fikrimcə, onların buna görə bəxti gətirdi. Yəni onlar bizi Bakıda məğlub etmək istəyirdilər? Biz çempionluğu yalnız o halda əldən verə bilərik ki, son iki oyunda uduzaq və “Qarabağ” ardıcıl qələbələr qazansın. Amma belə olmayacaq. Özü də biz oyunlarımızın əcnəbi hakimlər tərəfindən idarə olunmasını təklif etmişdik. O zaman Bəkirov bizim təklifi dəstəkləsə də, əksər klublar buna qarşı çıxdılar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.