10 may 2013 11:33
Yığmamız Botafogoya da qalib gəldi
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Braziliyanın "Botafogo" klubu ilə üz-üzə gəlib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Hər iki qolu Şahban Cəbrayılov vurub.
Xatırladaq ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk oyunda Gürcüstan komandasını 2:1 hesabı ilə məğlub etmişdi.
Futbolçularımız qrupda son matçını mayın 12-də, Bakı vaxtı ilə saat 12:00-da İran yığmasına qarşı keçirəcək.
