10 may 2013 12:36
AFFA daha bir stadionun açılışını etdi (FOTOREPORTAJ)
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ərazisində AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançanın açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, AFFA-nın baş katibi Elxan Məmmədov və başqaları çıxış edərək ölkəmizdə idmana dövlət səviyyəsində qayğı gösərildiyini, respublikamızın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin tikildiyini qeyd edib, açılış mərasimi təşkil olunan süni örtüklü meydançanın da insanların sağlam həyat tərzi keçirməsinə, futbolun kütləviliyinin artmasına şərait yaratdığını bildiriblər.
Çıxışlar başa çatdıqdan sonra meydançada şirkət əməkdaşları arasında oyun keçirilib. Qarşılaşmanın yekununda iştirakçılara hədiyyələr təqdim olunub.
