11 may 2013 00:17
Ən böyük cəza Neftçiyə kəsildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Bakı” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Neftçi” – “Simurq” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunublar. Oyunun 90+3-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub. Polis briqadası oyunqabağı iclasda iştirak etmədiyi və matça gecikdiyi üçün meydan sahibi klub 2000 manat cərimə olunub. “Neftçi”nin azarkeşləri tərəfindən stadionun bir neçə inventarı sındırıldığı üçün “Bakcell Arena” stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq kluba təqdim edəcəyi hesab əsasında ödəmə etməsi tələb olunub.
“İnter” – “Qarabağ” oyunun 1-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
