11 may 2013 00:28
AFFA Simurqun məşqçisini 5 oyunluq cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Kəpəz” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Neftçi” – “Simurq” matçında “Simurq”un 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 6-cı dəqiqəsində “Simurq”un futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. Matçın fasiləsi zamanı “Simurq”un məşqçisi Rauf Mehdiyev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 2500 manat cərimə olunub.
