10 may 2013 20:25
Ruslan Abışovsuz Rubindən qələbə (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Mordoviya” ilə qarşılaşıb.
Oyun Kazanda keçirilirsi. Bu üzdən də həmyerlimizin komandası autsayderlə görüşdə mütləq qələbə qazanmalıydı. Gözlənildiyi kimi, "Rubin" bu vəzifənin öhdəsindən gəlməyi bacarıb.
Baş məşqçi Kurban Berdıyevin hələlik yalnız bir oyunda meydana buraxdığı Ruslan Abışovun bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Millimizin üzvü "18-liy"ə daxil edilsə də, ehtiyatda qalıb.
Qeyd edək ki, “Rubin” 28 turdan sonra turnir cədvəlində 47 xalla 5-ci yeri tutur. “Mordoviya” isə 19 xalla 15-cidi.
Rusiya Premyer Liqası
28-ci tur
10 may
Rubin - Mordoviya - 2:1 (1:1)
Qollar: G.Karadeniz, 7, Dyadyun, 75 - R.Muxametşin, 40.
