10 may 2013 13:09
Syomin Qəbələnin prezidenti ilə görüşdü
Futbol üzrə Rusiya yığmasının və Moskva “Lokomotiv”inin sabiq baş məşqçisi Yuri Syomin bu gün “Qəbələ”nin prezidenti Tale Heydərovla görüşüb. Azerisport.az xəbər verir ki, tərəflər müqavilənin şərtlərini müzakirə ediblər.
Bundan sonra rusiyalı mütəxəssis Qəbələyə yollanıb. Syomin burda klubun bazası, infrastrukturu ilə yaxından tanış olacaq.
Tərəflər arasında növbəti görüşün mayın 20-də keçirilməsi planlaşdırılır. Həmin günə qədər düşünəcək Syominlə “Qəbələ” rəhbərliyi yekun qərarı da məhz ayın sonlarında verəcək.
