11 may 2013 00:44
İnterin baş məşqçisi 5 oyunluq cəzalandı, meydanı tərk edən kluba texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
2 may 2013-cü il tarixdə U-16 Liqanın “Vətən” – “İnter” matçının 28-ci dəqiqəsində “İnter”in baş məşqçisi Vəli Hüseynov qeyri-etik ifadələr işlətdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.
5 may 2013-cü il tarixdə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Gənclik” – “Adıgün” matçının 85-ci dəqiqəsində “Gənclik” klubunun futbolçusu Xəyal Niftəliyev idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
5 may 2013-cü il tarixdə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Bayıl Rovers” – “Şamaxı” matçının 52-ci dəqiqəsində “Bayıl Rovers”in futbolçusu Harisson Hernandovson idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 75-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Seymur Gülməmmədov idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Matçın 87-ci dəqiqəsində “Bayıl Rovers”in futbolçusu Tomis Morrison rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.
7 may 2013-cü il tarixdə Həvəskarlar arasında Futzal üzrə Azərbaycan birinciliyinin “Akkord” – “Bolluq” matçının 17-ci dəqiqəsində “Bolluq” klubunun futbolçusu Rəşad Piriyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Matçın 17-ci dəqiqəsində “Bolluq” meydançanı tərk etdiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
