10 may 2013 13:28

“Syominə Qəbələdə necə yaxşı futbolçuların olduğunu göstərmək bizim üçün çox vacib idi”

“Qəbələ”nin yarımmüdafiəçisi Rodriqes Assisin azerisport.az saytına müsahibəsi
 
- “Bakı” üzərində zəfər “Qəbələ”nin altılıq mərhələsində ilk qələbəsi oldu...
- Çox şadam ki, nəhayət qələbə qazana bildik. İlk altılıq bizim üçün çox ağır keçdi. Hər oyunda çalışırdıq, qələbə qazanmaq istəyirdik. Amma hər dəfə qələbə şansını necəsə əldən verirdik. Amma futbolda hərdən uğursuzluqlar da olur. Hərdən bəxtin gətirmir, hərdən qələbəyə layiq olmursan.
 
- Siz “Qəbələ”nin sükanı arxasına keçməsi gözlənilən Yuri Syominin bu oyunu izlədiyini bilirdiniz?
- Bəli, xəbərim vardı. Oyundan öncə kimsə demişdi. Əlbəttə, ona “Qəbələ”də nə dərəcədə yaxşı futbolçuların olduğunu göstərmək bizim üçün çox vacib idi. Baxmayaraq ki, komandamız çətin vəziyyətdədi. Çox şadam ki, komandamız bu oyunda təkcə baxımlı futbol sərgiləmədi, həm də qələbə qazandı.
 
- Qələbə sizin vurduğunuz qol sayəsində əldə olundu...
- Təbii ki, bu, çox xoşdu. Şadam ki, qələbə qolunun müəllifi oldum. Amma qələbəmiz bütün komandanın əməyinin nəticəsidi.

- Syominin gəlişi komandanın iddialarını artıra bilər?
- Şübhəsiz. Hələ mövsümün startı ərəfəsində klub rəhbərliyi, prezident qarşımıza mükafatçılar sırasına düşmək hədəfini qoymuşdu. Amma alınmadı. Bu, futboldu, belə də olur. Bu mövsüm bizim üçün demək olar ki, başa çatıb. Növbəti mövsüm daha yaxşı nəticə qazanmağa çalışacağıq.

- Komandada qalacaqsız?
- Mənim hələ daha bir illik müqaviləm var. Fikrimcə, komandada mənə pis baxmırlar. Amma istənilən halda hər şeyə rəhbərliklə müzakirələrdən sonra aydınlıq gələcək. Hər şey ola bilər?
 
- Başqa klublardan təklif almamısız?
- Hazırda heç bir təklif yoxdu. Mən “Qəbələ”də olduğum üçün xoşbəxtəm. Hər şey xoşuma gəlir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.