10 may 2013 14:05
AFFA tərbiyə müəssisəsində futbol oyunu keçirdi (FOTOLAR)
Penitensiar xidmətin Tərbiyə müəssisəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşəbbüsü və Penitensiar xidmətin dəstəyi ilə futbol yarışı və ənənəvi açıq qapı günü təşkil edilib. Azerisport.az xəbər verir ki, tədbirdə Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov çıxış edərək bildirib ki, məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aidiyyətı qurumların, vətəndaş cəmiyyətlərinin iştirakı ilə cəzaçəkmə müəssisələrində silsilə tədbirlər həyata keçirilir və AFFA bu prosesdə fəal iştirak edir.
Sonra AFFA-nın tərəfindən bərpa edilmiş futbol meydançasında Tərbiyə müəssisənin əməkdaşlarından və tərbiyə olunanlardan ibarət komandalar arasında futbol oyunu keçirilib.
