14 may 2013 00:55
Türkiyə çempionatı: 33-cü tura yekun vuruldu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Kasımpaşa” evdə “Kayserispor”a uduzub. “Gaziantepspor” isə “Elazığspor”la ev oyununda xal itirib.
İkinci oyun günündə “Antalyaspor” “Orduspor”u minimal hesabla, “Beşiktaş” isə “Genclerbirligi”ni darmadağınla məğlub edib.
Bazar günü Türkiyə derbisində “Fenerbahce” “Galatasaray”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Turun qalan bütün görüşləri son oyun günündə keçirilib. “Akhisar BS” “Mersin İdmanyurdu”nu məğlub yola salıb. “Bursaspor” “Eskişehirspor”la xalları yarı bölüb. “Sivasspor” “Karabükspor”la, “Trabzonspor” “İstanbul BB” ilə görüşdən qalib ayrılıb.
Türkiyə Super Liqası
33-cü tur
10 may
Kasımpaşa – Kayserispor – 1:2
Qollar: İbriçiç, 84 – S.Yılmaz, 7, Bobo, 89.
Gaziantepspor – Elazığspor – 1:1
Qollar: O.Has, 69 – S.Kaloğlu, 87.
11 may
11 may
Antalyaspor - Orduspor - 1:0
Qol: O.Şişmanoğlu 47.
Beşiktaş - Genclerbirligi - 3:0
Qollar: V.Kavlak, 14, O.Şahan, 45, Holosko, 73.
12 may
Fenerbahce - Galatasaray - 2:1
Qollar: Vebo, 33; 37 - B.Yılmaz, 25.
13 may
Akhisar BS – Mersin İdmanyurdu - 1:0
Qol: Gekas, 89.
Bursaspor - Eskişehirspor - 0:0
Sivasspor - Karabükspor - 2:1
Qollar: U.Uçar, 58-öz qapısına, Şaheşuhe, 79 - G.Ünal, 73.
Trabzonspor - İstanbul BB - 4:3
Qollar: O.Adin, 19, V.Şen, 23, H.Altıntop, 37, Y.Öztekin, 84 - Madureyra, 34, Zayatte, 57.
