10 may 2013 15:03
"Syomin yalnız Qəbələ ilə danışıqlar aparır”
Futbol üzrə Rusiya yığmasının və Moskva “Lokomotiv”inin sabiq baş məşqçisi Yuri Syomin “Qəbələ” rəhbərliyi ilə daha bir görüş keçirəcək. Azerisport.az saytına bu barədə klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib:
“Hazırda biz Qəbələyə gedirik. Yuri Syomin orda klubun bazası ilə tanış olacaq. Sonra o, Moskvaya dönəcək. Təkliflərimiz barədə ətraflı düşündükdən sonra onunla daha bir görüşümüz olacaq. Onun başqa klublarla danışıqlar aparmaq ehtimalı varmı? Syomin özü bizə bildirib ki, heç bir klubla danışıqlar aparmır. Biz artıq ona hədəflərimizi də açıqlamışıq: avrokuboklara vəsiqə qazanmaq və qitə miqyasında uğurlu çıxış etmək. Əgər Syominlə danışıqlarımız müsbət yekunlaşsa, o zaman rusiyalı mütəxəssisə “1+1” şərtilə müqavilə təklif edəcəyik”.