11 may 2013 01:45
Kamran Ağayev: Foqtsun milliyə kimləri çağırmasından xəbərim yoxdu
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi
- “Qəbələ”yə uduzduğunuz oyundan sonra çox əsəbi görünürdünüz. Nə baş vermişdi?
- Məğlubiyyətdən sonra sevinmək çox çətindi.
- Məğlubiyyətdən sonra sevinmək çox çətindi.
- Oyun zamanı da komanda yoldaşlarınıza tez-tez iradlar tuturdunuz...
- Hər kəs özünə cavabdehdi. Amma futbol komanda idman növüdü. Burda bir səhv hərəkətə görə bütün komanda cavabdehlik daşıyır. Əgər artıq-əskik nəsə demişəmsə, buna görə üzr istəmişəm.
- Sizcə, məğlubiyyətinizə nə səbəb oldu?
- Biz hələ oyunun videoyazısına baxacağıq. Məhz ondan sonra başa düşəcəyik ki, harda səhvə yol vermişik, niyə uduzduq?
- “Bakı” sanki bu oyunda dördüncü pilləni tutmağa heç bir ümidi qalmayan, üç xala ehtiyacı olmayan komanda təsir bağışladı...

- Dördüncü yeri tutmaq şansımızın qalıb-qalmamasının əhəmiyyəti yox idi. Futbolçu istənilən halda meydana qələbə qazanmaq üçün çıxmalıdı.
- Növbəti turda sizi “Qarabağ”la oyun gözləyir. Sizdən fərqli, Ağdam klubu çempionluq uğrunda mübarizə aparır. Demək olar ki, komandanız bu görüşə də motivasiyasız çıxacaq?
- Xeyr. “Qarabağ”la oyuna qələbə üçün çıxacağıq.
- Xeyr. “Qarabağ”la oyuna qələbə üçün çıxacağıq.
- Mayın sonunda yığmamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi Lüksemburqla oyunun hazırlıqlarına start verəcək. Həmin toplanışa siz d çağırılmısız...
- Biz hələ yığmada deyilik. Hələ millinin düşərgəsində olub-olmayacağımı bilmirəm.
- Axı Berti Foqts yığmada görmək istədiyi futbolçuların siyahısını açıqlayıb...
- Mənim bundan xəbərim yoxdu.