10 may 2013 15:39
“Təmiz qolumuz sayılmırsa, daha Neftçini necə məğlub edərdik”?
“Simurq”un prezidenti Anar Bəkirov Topaz Premyer Liqasının 30-cu turunun “Neftçi” ilə oyunundakı hakimlikdən narazı qalıb. Azerisport.az saytına müsahibəsinə Zaqatala klubunun rəhbəri baş hakim Rauf Cabbarovu və köməkçilərini tənqid edib:
“Mən başa düşürəm ki, Raufun atası AFFA-da işləyir (Hakim-İnspektorlar Komitəsinin rəhbəri Gülağa Cabbarovu nəzərdə tutur – azerisport.az). Amma bu, o demək deyil ki, Gülağa Cabbarovun oğlu bir oyunda bu qədər səhvə yol verməlidi. Biz “Neftçi”ni daha necə məğlub edə bilərdik ki, təmiz qolumuz hesaba alınmır. Mən özüm həmin epizodu görmüşəm və qolun qaydalar çərçivəsində vurulduğuna əminəm”.

Bəkirovun sözlərinə görə, “Simurq” bununla bağlı narazılığını matçın protokolunda da qeyd edib: “Futbolçularımız həmin epizodda hakimə heç bir etiraz bildirmədilər. Bu da ondan irəli gəlir ki, onlardan hakimlərlə mübahisələrə girməməyi xahiş etmişik. Çünki, bu da xoşagəlməz aqibətlə nəticələnir”.
“Simurq”un prezidenti baş məşqçi Georgi Çixradzenin bütün oyunboyu “Neftçi” azarkeşləri tərəfindən təhqir olunmasından da narahatlığını açıqlayıb: “Çixradze tribunada idi. Çünki cəzalıydı. Onun yanında menecerimiz oturmuşdu. Məşqçimiz heç kimin xətrinə dəymirdi. Amma “Neftçi” azarkeşləri nədənsə 90 dəqiqə ərzində onun ünvanına xoşagəlməz ifadələr səsləndirməklə məşğul idi”.
Bəkirov oyundan sonra “Neftçi” və “Simurq” azarkeşləri arasında baş verən münaqişəyə də münasibət bildirib: “Bizim dörd azarkeşimiz nəyəsə görə “Neftçi” fanatları ilə mübahisə edib. Bu üzdən də polis bölməsinə aparılıblar. Özü də yalnız bizim azarkeşlər saxlanılıb. Amma vaxtında məsələyə müdaxilə etdik, problem yoluna qoyuldu. Bir neçə dəqiqə sonra onları buraxdılar”.