10 may 2013 15:57
Millimizin heyətində dəyişiklik edildi
Mayın 15-dən 20-ə qədər İtaliyanın Piza şəhərində təlim-məşq toplanışı keçirəcək, mayın 20-dən 25-dək isə "Tuscany Football Cup 2013" turnirində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Mirkamil Həşimlinin ("Fənərbağça", Türkiyə) əvəzinə yığmanın heyətinə Ülvi İbazadə ("İnter") dəvət olunub.
