10 may 2013 16:58
Berti Foqts Mursiyanın futbolçusunu millimizə çağırdı
Futbol üzrə Azərbaycanın əsas milli komandasına daha bir futbolçu çağırılıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts hazırda İspaniyanın çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilova da dəvət göndərib.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü bu futbolçunun anası İradə İsrafilova Bakı şəhərində anadan olub və azərbaycanlıdı.
