10 may 2013 17:27

Con Toşak: Xəzər Lənkəran Superkubok matçından imtina edə bilər

İyunun 27-də Bakıda Azərbaycan Superkuboku uğrunda oyun keçiriləcək. Azerisport.az xəbər verir ki, həlledici görüşdə ölkə çempionu ilə kubokun qalibi qarşılaşmalıdı.

Böyük ehtimalla həmin görüşdə “Neftçi” və “Xəzər Lənkəran” qarşılaşacaq. Özü də bu, kubokun finalında kimin qalib gəlməsindən asılı olmayacaq. Sözügedən klublar onsuz kubokun finalında da qarşılaşacaqlar. Bu üzdən “Neftçi”nin Premyer Liqanın qalibi olması yetərlidi ki, Superkubok oyununda da bu iki klub üz-üzə gəlsin.
 
Lakin sözügedən qarşılaşma komandalar üçün heç də münasib tarixdə keçirilməyəcək. Məsələ burasındadı ki, böyük ehtimalla ölkəmizi Avropa Liqasında təmsil edəcək “Xəzər Lənkəran” avrokuboklarda ilk oyununu iyulun 4-də keçirməlidi.  Superkubok oyunu isə həmin tarixdən bir neçə gün öncəyə təsadüf edəcək. Adətən cənub təmsilçisi həmin tarixdə ölkə xaricində təlim-məşq toplanışında olur. Superkubok oyunu isə onların bu planlarını korlaya bilər.
 
“Ağ-yaşıllar”ın baş məşqçisi Con Toşak azerisport.az saytına müsahibəsində sözügedən məsələyə münasibətini açıqlayıb: “Bu, çox uğursuz və qeyri-münasib vaxtdı. Dünyanın heç bir ölkəsində bu tarixdə Superkubok matçı keçirilmir. Həmin günlərdə biz Avstriyada Avropa Liqasına hazırlaşacağıq. Sözügedən oyun isə bizim planlarımıza qarsıdı. Belə çıxır ki, həmin oyun ərəfəsində Bakıya gəlib, yenidən Avropaya qayıtmalıyıq. Özü də hələ hara yollanacağımız bilinmir. Çünki ilk oyunun evdə və ya səfərdə olacağını püşkatma müəyyənləşdirəcək”.
 
Toşakın sözlərinə görə, belə olan vəziyyətdə “Xəzər Lənkəran”ın Superkubok oyununda iştirakı mümkünsüz ola bilər: “Tamamilə mümkündü ki, biz bu oyundan imtina edək”.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”ın Avroliqadakı rəqibləri iyunun 24-də keçiriləcək püşkatmada bəlli olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.