10 may 2013 17:41
Xəzər Lənkərandan Olguin açıqlaması
Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” daha bir futbolçu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, komandanın heyətinə 2012-2013 mövsümünün qış fasiləsi zamanı cəlb olunan argentinalı forvard Lusiano Olguin haqqında son qərar bu gün, futbolçu ilə klubun ofisində keçirilən görüşdən sonra verilib.
Artıq məlumatı klubun rəsmi saytı da təsdiqləyib. Qarşılıqlı anlaşma əsasında Olguinlə “Xəzər Lənkəran” arasında olan müqavilə ləğv olunaraq futbolçuya gələcək karyerasında uğurlar arzulanıb. Lusiano da öz növbəsində formasını daşıdığı klubun qarşıdakı oyunlarda qələbə ilə meydandan ayrılaraq ən son Azərbaycan kubokunun sahibi olacağına ürəkdən inandığını dilə gətirib.
