12 may 2013 00:14
İngiltərə Federasiya Kuboku: MC daha bir titulu əldən verdi
Futbol üzrə İngiltərə Federasiya Kubokunun final oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda “Manchester City” ilə “Wigan” qarşılaşıb.
Çoxları bu görüşdə “Manchester City” klubunu favorit hesab etsə də, 90 dəqiqənin sonunda fərqli nəticə qeydə alınıb. Qarşılaşmanın taleyini bir qol həll edib ki, onu da “Wigan” vurub. Nəticədə, bu klub tarixində ilk dəfə Federasiya Kubokuna sahib çıxıb.
İngiltərə Federasiya Kuboku
Final
11 may
Manchester City – Wigan – 0:1
Qol: Uatson, 90.
