11 may 2013 12:29
Qarabağ futbolçuları ilə müqavilə bağladı
“Qarabağ” iki futbolçusu ilə yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, müdafiəçi Maksim Medvedevlə hücumçu Vüqar Nadirov klubun yeni müqavilə təklifini müsbət qarşılayıb.
Hər iki futbolçu ilə müqavilənin müddəti may ayının sonunda başa çatacaqdı. Amma onlar klubun yeni iki illik müqavilə təklifinə müsbət cavab veriblər və “Qarabağ”da qalmağa üstünlük veriblər. Baxmayaraq ki, onların xidmətində maraqlı olan digər klublar da var idi.
