12 may 2013 00:54
Millimizin yeni futbolçusu Eddi İsrafilov iş başında (VİDEO)
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycanın əsas milli komandasına daha bir futbolçu çağırılıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts hazırda İspaniyanın çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilova da dəvət göndərib. Qeyd edək ki, 1992-ci il təvəllüdlü bu futbolçunun anası İradə İsrafilova Bakı şəhərində anadan olub və azərbaycanlıdı. Yığmamızın yeni üzvünün oyunlarından hazırlanmış videoroliki təqdim edirik.
