12 may 2013 23:34
Əsgərov 68 dəqiqə oynadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Latviya çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi Lieapaya “Metallurg”u bu dəfə “Spartak”la qarşılaşıb.
Bu görüşdə Əsgərovun da forma geyməsi istina deyildi. Baş məşqçi əvvəlki oyunlarda olduğu kimi, cari mövsümdə artıq iki qol vurmağa imkan tapmış millimizin üzvünə yenə start heyətdə şans verib. Əsgərov 68-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Metallurg” hazırda 10 xalla dördüncü yerdə gedir.
Latviya çempionatı
6-cı tur
12 may
Metallurg - Spartak - 1:2
