11 may 2013 13:14

Yunis Hüseynov: Yığma üzvləri inkişaf etməkdən, geriyə gedirlər

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynovun azerisport.az saytına müsahibəsi

- Premyer Liqanın son oyunları barədə nə deyə bilərsiz?
- Fikrimcə, son turda “Neftçi”nin bəxti gətirmədi. “Simurq” da həmin oyunda iddialı çıxış etdi. “Neftçi” daha çox qol vəziyyəti yaratsa da, bunlardan yararlana bilmədi. Fikrimcə, heç-heçə onları bir o qədər də sevindirə bilməz. Amma inanmıram ki, onları dayandırmaq mümkün olsun.
 
- Sizcə, “Neftçi”nin bu oyuna “İnter” - “Qarabağ” matçının (0:0) nəticəsini bilərək çıxması nə dərəcədə təsirini göstərdi?
- Mümkündü ki, oyunçularda arxayınlıq yarandı. “Qarabağ”la “İnter” həmin görüşdə çox ehtiyatlı oynadı. Ağdamlılar uduzmaq istəmirdilər, bakılılar da qələbə üçün ciddi cəhd göstərmədilər. Hər iki komandanın hücum xəttində ciddi problemlər var. Məşqçiləri bunu məndən daha yaxşı bilirlər ki, komandaya vuran ayaq lazımdı.
 
- Sizcə, “Neftçi”ni çempionluq münasibətilə təbrik etmək olar?
- Tələsmək olmaz. Fikrimcə, onlar çempionluğu növbəti turda rəsmiləşdirəcəklər. İndi hər şey onların öz əlindədi.
 
- Nikolas Kanales 26 qolla çempionatımızın ən yaxşı bombardiridi. Sizcə, niyə onunla rəqabət apara biləcək hücumçularımız yoxdu?
- Kanales öz səviyyəsini göstərir. İndi bizdə onunla rəqabət apara biləcək futbolçu tapmaq çox çətindi. Bəzi yığma üzvləri ötən mövsüm daha yaxşı təsir bağışlayırdılar. Bu il isə geriyə gedirlər. İnkişaf əvəzinə bu cür zəifləmələrinin səbəbini mən də bilmirəm. Bəlkə bəzilərinin fikri yeni klublara transfer olmaqdadı.

- Yuri Syominin “Qəbələ”yə mümkün keçidi barədə nə deyə bilərsiz?
- 1997-ci ildə Syomin məni “Lokomotiv”ə dəvət etmişdi. Mən klubun bazasına yollandım, rəhbərliklə görüşdüm. Məni hər şey qane edirdi. Amma yaxınlarım üçün çox darıxırdım. Ona görə də bu təklifi qəbul etmədim. Onun “Qəbələ”dəki işinin necə alınacağını proqnozlaşdırmaq çətindi. Yəqin ki, Syomin özü hara gəldiyini bilir.
 
- Sizcə, hazırda Azərbaycanda ən yaxşı legioner məşqçi kimdi?
- Mən ancaq yerli mütəxəssislərlə maraqlanıram. Mənim üçün onların uğuru daha vacibdi. Əcnəbilər gəlirlər, gedirlər. Amma bizim futbolun sirlərini özümüzkülərdən yaxşı bilən yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.