12 may 2013 23:46
Nəziri oynamadı, Petrolul xal itirdi (YENİLƏNİB)
Rumıniyanın “Petrolul” klubu ölkə çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin komandası 31-ci tur çərçivəsində “Concordia” ilə qarşılaşıb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Lakin “Petrolul” autsayderlər qrupunda qərarlaşan bu rəqibini məğlub etməyi hədəfləmişdi. 90 dəqiqənin sonunda isə heç-heçə qeydə alınıb. Yığmamızın üzvünün bu oyunda hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Elhad bu dəfə də meydana çıxmayıb.
Qeyd edək ki, “Petrolul” 30 oyundan sonra topladığı 57 xalla 3-cü pillədə qərarlaşıb.
Rumıniya çempionatı
31-ci tur
12 may
Concordia - Petrolul - 1:1
