11 may 2013 14:43

2 debüt, Premyer Liqada 80-ci qol, 21-ci qoleador

Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Kəpəz”in qonağı olan "Rəvan” məğlub olsa da, oyun komanda üçün bəzi məqamlarla yaddaqalan oldu. 2 futbolçunun əsas komandada rəsmi debüt etdiyini vurğulamaq kifayətdir.
 
Azerisport.az klub saytına istinadən xəbər verir ki, müxtəlif səbəblərə görə "Dalğa Arena”dakı oyuna ciddi itkilərlə çıxan "Rəvan” əsas heyətin 5 dəyişməz üzvünün yoxluğunda əsasən daha az oynayanlar və gənclərlə mübarizə apardı. Çempionatlar tarixində 110-cu görüşünü keçirən komandada əvəzedici heyətin 2 üzvü - 1993-cü il təvəllüdlü qapıçı Sadiq Ramazanovla 1997-ci il doğumlu yarımmüdafiəçi Anar Həsənov debüt etdi. Sadiq bütün matçı meydanda keçirdisə, Anar 86-cı dəqiqədə meydana çıxdı və artırılmış vaxtı da nəzərə almaqla 8 dəqiqə oynadı. Bununla belə, qısa müddət ərzində o özü haqda müsbət fikir formalaşdırdı. Hər halda, oyundan sonrakı mətbuat konfransında baş məşqçi Ramil Əliyev gənclərdən məhz Anarın çıxışından razı qaldığını söylədi. Qeyd edək ki, Sadiq və Anar Premyer Liqada "Rəvan” forması geyinmiş uyğun olaraq 53-cü və 54-cü oyunçu oldu.
 
Zədə səbəbi ilə cari mövsüm elə də çox oynamaq şansı qazanmayan Vüsal Qarayev isə Premyer Liqada ilk dəfə start heyətində meydana çıxdı. Özü də oyunun sonlarında fərqlənən "9” nömrə cari mövsümdə ilk qolunu vurdu. O, komandanın elitada mübarizə apardığı dövrdə fərqlənən 21-ci üzvü oldu. Qeyd edək ki, Vüsal ötən mövsüm 9 matçda meydana çıxsa da, qol vura bilməmişdi. Hər halda, bu dəfə "şeytanın qıçını qıran” Qarayev həm də komandanın qollu seriyasını 12 oyuna çatdırmasına yardım etdi. Bu qol eyni zamanda "Rəvan”ın Premyer Liqada rəqib qapılarından keçirdiyi 80-ci top oldu. Ötən mövsüm 39 dəfə fərqlənə komanda bu dəfə artıq 41 qol vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.