12 may 2013 18:53
Qarabağ daha iki futbolçu ilə müqavilə imzaladı
“Qarabağ” daha iki futbolçusu ilə yeni müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, bunlar yarımmüdafiəçi Namiq Yusifovla İlqar Qurbanovdu.
Klub rəhbərliyi bu yay müqaviləsi başa çatacaq hər iki oyunçunun komandada qalmasına qərar verib. Qurbanovla iki, Yusifovla üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Qarabağ” bundan öncə Maksim Medvedev və Vüqar Nadirovla iki illik yeni müqavilə imzalamışdı.
