12 may 2013 22:52
Neftçi futbolçusu ilə yeni müqavilə bağladı
Ardıcıl 3-cü çempionluğun biraddımlığında olan “Neftçi” müqaviləsinin müddəti başa çatan futbolçularla danışıqları davam etdirir. Azerisport.az xəbər verir ki, artıq “ağ-qaralar” artıq bir oyunçusu ilə razılığa gəlib.
Belə ki, paytaxt klubu qışda geri qaytardığı Denis Silvayla yeni müqavilə imzalayıb. O, daha iki il flaqmanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, “Neftçi”də daha 5 futbolçunun müqaviləsi başa çatır. Onlardan Xose Luis Kabionla yollar ayrılacaq. Saşa Stamenkoviç, Julius Vobay, Mahir Şükürov və Erik Ramosla danışıqlar davam edir.
